Sevgidə qürur

  Gözəl bir payız səhəri idi. Ancaq olduqca da darıxdırıcı bir gün idi.. Payız yağışı yağırdı. Tənhalıqdan bezmişdim, gəzməyi düşündüm və bacımın dərsdən çıxmaq vaxtı olduğu üçün onu götürməyə getdim. Birdən gözlərim ay üzlü, incə belli, gülən üzlü bir qıza sataşdı. Gözlərim sanki işıq saçdı, onun gözəl gözləri məni elə bilki yenidən həyata bağladı. Evə gəldim, ancaq o gözəlin gözləri bir an olsun belə gözümün qarşısından getmirdi. Başladım hər gün bacımı götürmək bəhanəsi ilə məktəbə getməyə.. Lakin sonunda başa düşdüm ki, belə etməklə də heç nə əldə etməyəcəm və qərara gəldim ki, mən də o məktəbdə oxuyum. Sonunda gəldim məktəbə. Hər gün onu uzaqdan görmək belə mənə bəs edirdi. Həyatımdan çox qızlar keçmişdi, ancaq hamısı gəldi gedər sevgi idi, bu qızı sevincə isə, sevginin nə olduğunu başa düşdüm. Həyatda heç vaxt, heç kim və heç nəyə görə yenilməmişdim, ancaq bu məni sonunda həyat qarşısında yendirdi.. Günlərcə düşündüm, görəsən baxışlarım ona sevdiyimi başa salırmı? Mən necə ona sevdiyimi açıb deyimmi? Yoxsa səbr edim? Öz-özümə ancaq suallar verirdim və özümdə cavabını verirdim. Nəhayət cavabım səbr edim..!
   Səbr-səbr, beləliklə günlər həftələri, həftələr də ayları yola saldı, bir də oyandım ki, aradan 7 ay keçib və mən hələ də öz xəyalımda, öz sevgimin gözəl röyalarındayam. Onu röyamda gözəl bir gülə bənzədirdim, onlar kimi saf və gözəl idi.. Daim gülür, amma gülərkən arxada gözü yaşlı biri buraxdığından heç xəbəri yox idi. Sevirdim onu dəlicəsinə, düşünürdüm bəs bu qız məni heç vaxt sevməzsə nə edərəm..? Düşünmək belə çətin idi. Axı ümid deyilən bir şey var.. Düz deyiblər ki, ümid çarəsizlərindi. Onun da məni sevməsini arzulayırdım o böyük Allahdan.
   Bir gün çatda idim. Bir qızla başladım söhbət etməyə və bunla tanış olduq biz tanış olduqca gördüm ki, bu o qızdır. Həyat sürprizlərlə doludur ki, məni də öz sevdiyim qızla realda da olmasa virtualda qarşılıqlı söhbət etməyi qismət etdi.. İnana bilmirdim, qəlbim yerindən çıxacaq qədər atırdı. Əllərim buz kimi olmuşdu. Biz xeyli söhbət etdik. Onun da mənim haqda xeyli məlumatı var idi. Bunu özü dedi. Ancaq mənimlə az da olsa maraqlandığı xəbəri belə məni sevindirdi. Biz başladıq olduq dost. Bir neçə gün biz çatda söhbət etdik, sonra mən ona ondan çox xoşum gəldiyini dedim və onun da mənə qarşı nə hiss etdiyini, qısası УHəФ və ya УYoxФ bir cavab deməsini istədim, söhbəti çox fırlatdı və nəhayət insanı diri ikən öldürəcək cavab verdi yəni... ФYoxФ.. çox üzüldüm, sanki diri ikən öldüm, amma yenilmədim dedim özün bilərsən. Ancaq biz yenə də çatda başladıq söhbətimizi davam etməyə və səhərisi gün mən bir qərara gəldim.. Çünki ona sevgi təklif etdiyim gün göydən yerə vurmuşdu onun ФYoxФ sözü beynimdən heç çıxmırdı. İnsanı da məhv edən kindir. Mən ona dedim ki, mən artıq səni yox başqasını sevirəm, hətta onunla da evlənəcəm. Özünü sındırmadı və beləliklə də mənə sonsuz xoşbəxtlik arzu etdi. Bu sözləri isə məni daha da məhv edirdi. Nə biləydim ki, oda məni sevirmiş, sadəcə ürəyində saxlayırmış. Bir axşam çağı idi, düzü mənimlə çox soyuq danışırdı, həmçinin mən də eynilə. Mənə dedi ki, doğurdan başqasını sevirsən..? Yenilməmək üçün dedim ФbəliФ həmin dəqiqə mənə ölümdən belə betər gəldi. Ancaq onu sonsuz sevdiyimi bilmirdi. Sözümü dediyim an mənə cavab olaraq Фnifrət edirəm sənəФ və məni birdəfəlik tərk etdi. Belə olacağını düşünməmişdim.. İndi çox peşmanam. Çünki məni məhv edən qürurum oldu.., yenilməz qürurum!!! Nə verdi qürurum mənə? dərddən başqa...!!! Sevgilim sən getdin. Zülmət bir qaranlıq, bir zindan yalnızlığı, ağır bir boşluq buraxdın geridə. Kaş ki, bunu əvvəldən duyardım, bağışla məni!!!
   Oğlanlar sözüm sizədir, sevgini qürurla ölçməyin, yoxsa sonunda məhv olan siz olacaqsınız. Unutmayın ki, insanı sevmək üçün bir an kifayətdir, onu unutmaq üçün isə bəzən ömür də az olur...